“Qarabağ”ın oyunu üçün nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Molde” – “Qarabağ” oyununa satılan bilet sayı bəlli olub.

ONN media xəbər verir ki, “Aker” stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.

11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də “Qarabağ”a dəstək verəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda “Qarabağ” və “Molde” hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar