ONN media

“Qarabağ”ın oyununda dron qaldıran ermənilərin lideri həbs edilib

“Qarabağ”ın oyununda dron qaldıran ermənilərin lideri həbs edilib
06 Noyabr 2019 - 13:30

“Düdelanj” – “Qarabağ” oyununda təxribat törətmiş “First Armenian Front” (FAF) adlı hərəkatın liderindən olan Ervand İsmayılyan həbs olunub.

ONN media xəbər verir ki, təxribatçı qrupun lideri Finlandiya Ermənistan yığmalarının oyununda etdiyi xuliqanlığa görə məsuliyyətə cəlb edilib.

Bildilir ki, FAF-ın liderlərindən olan erməni təxribatçı türk fanat Veli Peka Hutarinin üzərinə fayer (yanan cism) atdığı üçün stadionda saxlanılıb və dərhal polis idarəsinə aparılıb.

Ervand İsmayılyana 2 həftəlik həbs cəzası verilsə də, üstündən 3 həftə keçib və o, azad olunmayıb.

Qeyd edək ki, Finlandiyada saxlanılan erməni “Düdelanj” – “Qarabağ” oyununda törədilən təxribata rəhbərlik edənlərdən olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png