ONN İnformasiya Agentliyi

“Qarabağ”ın oyunundakı təxribata AFFA-dan münasibət

“Qarabağ”ın oyunundakı təxribata AFFA-dan münasibət
04 Oktyabr 2019 - 8:01

AFFA rəhbərliyi Lüksemburqda “Düdelanj” və “Qarabağ” arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.

ONN media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayıb, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində “Qarabağ” 2-ci qolunu vurduqdan sonra “Jozi Bartel” stadionu üzərində dronla qondarma “Dağlıq Qarabağ” rəhbərliyinin “bayrağ”ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png