Qardaşlıq oyunu “Qalatasaray”ın qalibiyyəti ilə bitdi

Bakıda xeyriyyə oyununda üz-üzə gələcək “Qarabağ” və Türkiyə “Qalatasaray”ının start heyətləri bəlli olub.

ONN media-nın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Qalatasaray”: 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir

Baş məşqçi: Okan Buruk

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

***

“Qarabağ” və “Qalatasaray” arasında xeyriyyə matçı yerli vaxtla saat 20:00-da start götürüb.

***

“Qalatasaray” oyunçusu Bafetimbi Qomis hesabı açıb: 0 -1

***

19-cu dəqiqədə “Qarabağ”-ın heyətində Redon Cica hesabı bərabərləşdirib: 1- 1

***

87-ci dəqiqədə “Qalatasaray” oyunçusu Mauro İkardi penalti zərbəsi ilə komandasını önə çıxarıb: 1 – 2

***

Qardaşlıq oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.