Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilərindən oldu – SİYAHI

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

ONN media  xəbər verir ki, "Dünya məşqçi sıralaması" saytının təqdim etdiyi siyahıda Azərbaycanın 3 məşçqisi – Qurban Qurbanov, Roman Qriqorçuk və Ayxan Abaasov yer alıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1169 xalla 482-ci pillədə qərarlaşıb.
R.Qriqorçuk 252 xalla 949-cu, A. Abbasov isə 217 xalla 999-cudur.

Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (17 696 xal) başçılıq edir. Renato Qauşo ("Qremio") 13 min 274 xalla 2-ci, Dieqo Simeone (“Atletiko Madrid”) 12 min 795 xalla 3-cü pillədə qərarlaşıb.