ONN İnformasiya Agentliyi

Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”

Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”
29 Noyabr 2023 - 13:45

“Norveçdə yaxşı oyun sərgiləyib, uğurlu nəticə ilə dönmək istəyirik”.

ONN media-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

“Matça hazırlığımız pis keçmədi. Hər şey qaydasındadır. Oyun günü son məşqimiz olacaq. Qarşılaşmaya hazırlığı da o zaman bitirəcəyik. İnanıram ki, uğurlu oyun alınar. Yəqin ki, rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək. “Molde”nin evdə oynayacağını da nəzərə alırıq. Üstəlik, meydanları süni örtüklüdür. Yenə də öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik”.

Qeyd edək ki, dekabrın 1-də keçiriləcək “Molde” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png