Qurban Qurbanov oğlunun oyunundan danışdı

Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar.

ONN media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Zirə”yə 7:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis oyunçuların sıx qrafikdə çox əziyyət çəkdiklərini bildirib:

“Musa Qurbanlı ilk olaraq “Qarabağ”, daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarə ediciləri var. Bu barədə fikir bildirə bilmərəm”.