ONN İnformasiya Agentliyi

Qurban Qurbanovdan son oyunla bağlı açıqlama

Qurban Qurbanovdan son oyunla bağlı açıqlama
04 Avqust 2022 - 8:35

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la Bakıda keçirilən oyundan (1:1) sonra rəqib komandanın baş məşqçisi Stanislav Çerçesovla aralarındakı dialoqdan danışıb.

ONN media xəbər verir ki, Qurbanov rusiyalı məşqçi ilə Ovusu Kvabenanın epizodu ilə bağlı danışdıqlarını bildirib:

“Kiçik dialoq oldu. Emosiyalara görə, elə görünürdü ki, hirslənmişdi. Amma hirslənməmişdi. Ovusunun epizodu ilə bağlı danışdıq. Bildirdi ki, topu qapıya vurmaq istəyirdi. Dedim ki, narahat olma, qol olsaydı, biz də buraxacaqdıq”.

Qeyd edək ki, sözügedən epizodda Kvabena topu rəqibə qaytarmaq istəyərkən “Ferentsvaroş”un qapısı qarşısında təhlükəli vəziyyət yaranıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png