Qurban Qurbanovun millidə ilk oyununun vaxtı açıqlandı

Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində Moldova və Gürcüstan yığmaları ilə yoldaşlıq oyunlarının keçiriləcəyi vaxt və məkan bəlli olub.

ONN media AFFA-ya istinadən xəbər verir ki, hər iki matç Mardan stadionunda təşkil olunacaq.

Moldova ilə oyun yanvarın 30-da, Gürcüstanla qarşılaşma isə fevralın 2-də, eyni vaxtda – yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.