ONN İnformasiya Agentliyi

Qurbanovla hakimlər arasında mübahisə yarandı

Qurbanovla hakimlər arasında mübahisə yarandı
04 Aprel 2021 - 23:11

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə “Keşlə” ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada hakimlərə kəskin etiraz edib.

Epizodların birində 49 yaşlı mütəxəssislə 4-cü referi Səbuhi Bayramovun arasında mübahisə yaşanıb.

Baş məşqçi rəqib oyunçu Nicat Qurbanovun Elvin Cəfərquliyevin formasından tutub çəkdiyini söyləyib.

Qurbanov əsəbiləşərək “Korsunuz, siz” deyib”. O, Bayramovla söhbət etdikdən sonra, baş hakim Rəvan Həmzəzadəyə “Çox sağ ol, Rəvan. Çox sağ ol”, – deyə səslənib.

Baş məşqçi oyundan sonra mətbuat konfransında həmin anı xatırlayıb: “Rəvan yox, Səbuhiyə yaxınlaşdım. Çünki rəqib Elvini iki əli ilə tutub saxladı. Həmin epizodun sonunda “Keşlə” küncdən zərbə qazandı, az qaldı ikinci qolu buraxaq. Səbuhi deyir ki, mən bildirdim, amma baş hakim eşitmədi. Bəzən belə şeylər nəticəyə təsir edir. Nəyisə görməmək və səhv etmək olar. Amma bu gözünün qabağında idi və xəbərdarlıq etməliydi. Sonacan sözün üstündə durmaq lazım idi ki, mütləq cərimə zərbəsi vardı”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png