ONN media

Rəcəbov Azərbaycan tarixində İLKƏ İMZA ATDI

Rəcəbov Azərbaycan tarixində İLKƏ İMZA ATDI
04 Oktyabr 2019 - 20:47

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında altıncı “tay-breyk” görüşünü keçirib.

ONN media bildirir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib.

Altıncı duel Rəcəbovun qələbəsi ilə bitib və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub – 6:4. Teymur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) “tay-breyk” oynanılıb. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Əlavə edək ki, Rəcəbov dünya kubokuna yiyələn ilk Azərbaycan şahmatçısıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png