Rəcəbovdan maraqlı paylaşım – FOTO

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku yarışının qalibi olan Teymur Rəcəbov maraqlı paylaşım edib.

ONN media xəbər verir ki, T.Rəcəbov çempionluq oyununda canlı yayıma “Fil”i tərpətmə, Teymur” yazan və qısa müddətdə məşhurlaşan şəxsin şərhini İnstaqramda paylaşıb.

Şahmatçının bu addımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.