ONN İnformasiya Agentliyi

Rəşad Sadıqov baş məşqçi kimi ilk qələbəsini qazandı

Rəşad Sadıqov baş məşqçi kimi ilk qələbəsini qazandı
12 Sentyabr 2020 - 23:28

Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün II turunun növbəti oyunu keçirilib.

ONN media  xəbər verir ki, turun ikinci oyun günündə “Səbail” klubu öz meydanında “Zirə”ni qəbul edib.

Qarşılaşma zirəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 47-ci dəqiqədə açılıb. “Zirə”nin futbolçusu Davit Volkov fərqlənib. Qoldan 20 dəqiqə sonra “Zirə” hesab arasında fərqi iki topa çatdırıb. Hakimin təyin etdiyi penaltini Ruslan Qurbanov dəqiq zərbə ilə tamamlayıb.

Beləliklə, “Zirə” mövsümdə Rəşad Sadıqovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Zirə” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Səbail” isə ikinci oyundan sonra xal qazana bilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png