ONN İnformasiya Agentliyi

Rafael Ağayev, Hacı Əliyev və Mariya Stadnikin GÖRÜŞ SAATI – BU KANALDA İZLƏYİN

Rafael Ağayev, Hacı Əliyev və Mariya Stadnikin GÖRÜŞ SAATI – BU KANALDA İZLƏYİN
06 Avqust 2021 - 11:58

Bu gün Tokio-2020-də Azərbaycanın 3 idmançısı ölkəmizə medal qazandırmaq üçün səhnəyə çıxacaq.

ONN media  xəbər verir ki, sərbəst güləşçilərimiz Hacı Əliyevlə Mariya Stadnikin ardınca karatenin əfsanəsi Rafael Ağayev medal qazanmaq üçün güclərini sınayacaq. Ağayevin qatıldığı karate yarışları saat 12-dən start götürəcək.

Mariya Stadnikin güləşdiyi 50 kq çəki dərəcəsində yarımfinal görüşləri Bakı vaxtı ilə saat 13:15-də başlayacaq. Təmsilçimiz isə 13:30-da güləşəcək. Təmsilçimizin növbəti rəqibi yaponiyalı Yui Susaki olacaq.

Qızıl medal ümidlərimizdən olan Hacı Əliyev 1/8 finalda seneqallı Adama Dyatta ilə görüşüb. Güləşçimiz rəqibinə heç bir şans verməyib – 4:0. Daulet Niyazbekov (Qazaxıstan) ilə 1/4 final qarşılaşmasında daha asan qələbə (9:1) qazanan Hacı yarımfinala yüksəlib. O, bu mərhələdə hindistanlı Bayranq Bayranqla görüşəcək. Görüş Bakı vaxtı ilə 13:40-da başlayacaq.

5 qat dünya, 11 qat Avropa çempionu yarışa qrup mərhələsindən start verərək. O, yarımfinala adlamaq, bununla da ən azı bürünc medalı təmin etmək üçün qrupda ilk iki yerdən birini tutmalıdır. O da bu gün günorta saatlarında rəqibləri ilə münasibətlərinə aydınlıq gətirəcək.

Görüşlərə İdman Azərbaycan Televiziyası ilə baxa bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png