ONN İnformasiya Agentliyi

Rafiq Hüseynov ikiqat Avropa çempionu oldu

Rafiq Hüseynov ikiqat Avropa çempionu oldu
12 Fevral 2020 - 23:49

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

ONN media xəbər verir ki, 82 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb – 2:1. Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png