“Real Madrid”dən YENİ TRANSFER

Avropa Liqasında mübarizə aparan “Real Madrid”in basketbol üzrə komandası yeni transfer həyata keçirib.

ONN media xəbər verir ki, tunisli pivot Salah Mejrini heyətinə qatıb.

Hazırda Çinin “Liaoning Flying Leopards” komandasında oynayan 33 yaşlı Mejri ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.