ONN İnformasiya Agentliyi

“Real Madrid”lə matçda bu futbolçu oynaya bilər

“Real Madrid”lə matçda bu futbolçu oynaya bilər
27 Fevral 2018 - 11:58

PSJ-nin futbolçusu Neymar tibbi müayinədən keçib.

ONN media  klubun saytına istinadən xəbər verir ki, onun sağ topuğunda dartılma və ayaq sümüyündə çat aşkarlanıb. Onun bərpa müddəti barədə məlumat verilməyib.

“Marsel” ilə qarşılaşmanın 79-cu dəqiqəsində PSJ-nin lideri Neymar sıradan çıxıb. Braziliyalı futbolçu oyunun sonlarında ayağını düzgün atmayaraq zədələnib. Həmin vaxt PSJ-nin bütün əvəzetmələri gerçəkləşdirdiyi üçün komanda oyunu 10 futbolçu ilə bitirməli olub. Göz yaşlarını saxlaya bilməyən Neymarı meydandan xərəkdə çıxarıblar.

PSJ-nin baş məşqçisi Unay Emeri futbolçunun “Real”la oyuna qədər sağalacağına inandığını bildirib.

Qeyd edək ki, Neymarın Çempionlar Liqasının 1/8 finalında “Real”la cavab görüşündə oynayacağı iddia olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png