Ronaldo bu kluba transfer edə bilər

İngiltərənin “Mançester Yunayted” futbol klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldu yay transfer pəncərəsində Almaniyanın “Bavariya” klubunda polşalı hücumçu Robert Levandovskini, komandadan ayrılacağı təqdirdə, əvəz edə bilər.

ONN media xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti məlumat yayıb.

Mənbəyə görə, Kriştiano Ronaldu “Mançester Yunayted”in növbəti mövsümdə titullar qazanacağına ümidini itirib. Eyni zamanda qeyd olunub ki, portuqaliyalının ətrafı “Bavariya”nın marağından xəbərdardır və belə bir transferə yaxşı baxır.

R.Levandovskinin “Bavariya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır