Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatına layiq görülməsini şərh edib.
ONNmedia-nın xəbərinə görə, onun sözlərini “France Football” nəşri sitat gətirir.
Ronaldonun fikrincə, hələ dünyaya ondan güclü futbolçu gəlməyib.
“Mən dünya tarixinin ən yaxşı futbolçusuyam”, – hücumçu bəyan edib.
Xatırladaq ki, dekabrın 7-də 32 yaşlı futbolçu beşinci dəfə “Qızıl top” mükafatını qazanıb. Hücumçu səsvermədə “Barselona”dan Lionel Messi və PSJ-dən Neymarı qabaqlayıb. Mükafatların sayına görə o Messiyə çatıb.
2017-ci ildə Ronaldo “Real”ın heyətində İspaniya çempionatı və Çempionlar Liqasının qalibi olub.