Ronaldo qol vurandan sonra buna görə səcdəyə gedibmiş

Səudiyyə Ərəbistanı çempionatında “Əş-Şəbab”la oyunda “Əl-Nəsr”in qələbə qolunu vurandan sonra Kriştiano Ronaldonun səcdəyə getməsi bəzi müzakirələrə səbəb olub.

ONN media “goal.com”a istinadən xəbər verir ki, bəzi dairələr onun İslam dinini qəbul etdiyini irəli sürüb. Sosial mediada “Ronaldo müsəlman olub?” rəyləri yazılıb. Məlumata görə, Ronaldonun komanda yoldaşları onun addımını yaxşı qarşılayıb və forvardın səcdəsini “hörmət əlaməti” kimi alqışlayıblar. Qeyd edilir ki, mətbuatda Ronaldonun Səudiyyə Ərəbistanındakı həyatın “müasir cəmiyyətdən çox uzaq” olduğunu düşündüyü üçün “Əl-Nassr”i tərk etmək istədiyi barədə fərziyyələr var idi. Lakin ulduz futbolçunun meneceri bu iddiaları təkzib edib.

İddia edilir ki, Ronaldonun bu xəbərlərdən sonra qolunu səcdəyə gedərək qeyd etməsi futbolçunun Səudiyyə Ərəbistanındakı həyatından həzz aldığını və Yaxın Şərq mədəniyyətini mənimsəməyə çalışdığını göstərir.