ONN İnformasiya Agentliyi

Ronaldo üzr istəyəcək

Ronaldo üzr istəyəcək
18 Noyabr 2019 - 20:49

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Milan”la oyundakı xoşagəlməz davranışlarına görə komanda yoldaşlarından üzr istəyəcək.

ONN media xəbər verir ki, portuqaliya millisinin düşərgəsindən qayıdan hücumçu “Yuventus”dakı komanda yoldaşlarını şam yeməyinə dəvət edib. 34 yaşlı futbolçunun bu yolla son zamanlarda yaşananlara görə üzr istəyəcəyi bildirilir.

Qeyd edək ki, Ronaldo “Milan”la görüşün 54-cü dəqiqəsində Paulo Dibala ilə əvəzlənib. O, baş məşqçi Mauritsio Sarrinin bu qərarına etiraz olaraq birbaşa paltardəyişmə otağına yollanıb və oyun bitməmiş stadionu tərk edib.(metbuat.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png