ONN İnformasiya Agentliyi

Ronaldo yeni rekorda imza atdı

Ronaldo yeni rekorda imza atdı
06 Yanvar 2020 - 21:47

Turinin “Yuventus” klubunun portuqal hücumçusu Kriştiano Ronaldo İtaliya çempionatının 18-ci turunun “Kalyari”ylə matçında (4:0) het-triklə yeni uğura imza atıb.

ONN media bildirir ki, portuqaliyalı futbolçu bununla “Böyük 5-lik”də 17 il (2003-2020-ci illər) boyunca ardıcıl olaraq Avropa çempionatlarında qol vurub. Bu il belə uğura yalnız “Betis”in yarımmüdafiəçisi Hoakin Sançes və “Verder”in hücumçusu Klaudio Pisarro nail olub.

Ronaldu “Yuventus”a 2018-ci ilin yayında Madrid “Real”ından keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. Cari mövsümdə 34 yaşlı portuqaliyalı İtaliya milli çempionatının (hər birində əsas heyətdə) 15 matçında iştirak edib və 13 qol (4-ü penaltidən) vurub. Futbolçu habelə bu matçlarda 2 məhsuldar ötürmə verib. / Report

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png