ONN İnformasiya Agentliyi

Ronaldo Yuventusdan gedir- SƏBƏB?

Ronaldo Yuventusdan gedir- SƏBƏB?
21 Noyabr 2019 - 10:41

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo mövsümün sonunda klubunu dəyişə bilər.

ONN media xəbər verir ki, ispaniyalı həmkarlarımız hücumçunun İtaliya “Yuventus”undan ayrılmaq ehtimalı ilə bağlı iddia ilə çıxış ediblər.Bildirilir ki, Turin təmsilçisi K.Ronaldonu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdır. Əks halda, forvard əvvəllər də çıxış etdiyi İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qayıdacaq.

Baş məşqçi Maurisio Sarri ilə aralarındakı narazılıq da ulduz futbolçunun klubdan ayrılmasına təsir edəcək. Son iki görüşdə əvəzlənməsindən narazı qalan futbolçu matç başa çatmamış stadiondan gedib.

Qeyd edək ki, K.Ronaldo 2003-09-cu illərdə “Mançester Yunayted”də çıxış edib. “Yuventus”a 2018-ci ilin yayında keçən hücumçunun müqaviləsi 2022-ci ilə qədərdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png