ONN İnformasiya Agentliyi

Ronaldodan gözlənilməz addım

Ronaldodan gözlənilməz addım
02 Sentyabr 2019 - 21:08

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo İtaliya A seriyasının ən yaxşı oyunçusu üçün verilən döş nişanını taxmaqdan imtina edib.

ONN media xəbər verir ki, ötən mövsümün yekunlarına əsasən, A seriyasında fərqlənən futbolçulara müxtəlif nominasiyalar üzrə xüsusi döş nişanları təqdim olunub.

Fərqlənən futbolçular Samir Handanoviç (ən yaxşı qapıçı), Nikolo Zanilo (ən yaxşı gənc oyunçu), Kalidu Kulibali (ən yaxşı müdafiəçi), Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştiano Ronaldo (ən yaxşı oyunçu) olub.

Ancaq portuqaliyalı futbolçu özünü “Yuventus”dakı komanda yoldaşlarından fərqləndirməmək üçün döş nişanını taxmaqdan imtina edib. Digər fərqlənən futbolçular isə meydana döş nişanı ilə çıxıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png