ONN İnformasiya Agentliyi

Ronaldodan üzücü xəbər

Ronaldodan üzücü xəbər
08 Fevral 2019 - 8:58

Turinin “Yuventus” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştian Ronaldunun 64 yaşlı anası Doloreş Aveyruya süd vəzisi xərçəngi diaqnozu qoyulub.

ONN media xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. 

Bildirilir ki, Doloreş İtaliyaya, oğlunun 35 illiyinə səfəri ərəfəsində sağlamlığında problemlərin olduğunu etiraf edib.

“Məni Madriddə digər döşümdən əməliyyat etdilər, şüa terapiyasını keçdim və indi həyatım üçün mübarizə aparıram”, – deyə Ronaldunun anası Portuqaliya telekanallarından birinin efirində deyib.

Doloreş həmçinin etiraf edib ki, onun qohumlarından heç kim əməliyyat barədə bilmir.

Ronaldunun anası artıq 2007-ci ildə süd vəzisi xərçənginə qalib gəlib. Onda sinəsinin şağ hissəsindəki şiş aradan qaldırılıb. Sonra o, uğurlu şüa terapiyası kursu keçib.

Daha əvvəl bildirilib ki, Turinin “Yuventus” klubunun  kücumçusu ölkəsində aldığı dövlət mükafatlarından məhrum edilməyəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png