Ronaldu “Real Madrid”i tərk etmək fikrindən daşındı

Dünyanın ən yaxşı futbolçularından sayılan Kriştianu Ronaldu yeni bəyanat səsləndirib.

ONN media xəbər verir ki, Ronaldu "Real Madrid" klubunu tərk etmək fikrindən daşındığını bildirib. Bu yaxınlarda isə Ronaldu klub ilə müqaviləni pozacağını bildirmişdi.

Futbolçu bildirib ki, uzun illərdir Madrid şəhərində yaşayır və doğma Portuqaliyaya maşın ilə səfər edə bilir.

Ronaldu deyib: "Təbii ki, mən "Real Madrid"də qalmaq istəyirəm. 2009-cu ildən Madrid şəhərində yaşayıram. Şəhərin havası və insanları xoşuma gəlir.

Madrid Portuqaliyaya yaxındır və mən vətənimə maşınla gedə bilirəm. İspaniya mükəmməl ölkədir, mənim buradan xoşum gəlir və bu klubu sevirəm".