ONN İnformasiya Agentliyi

Ronaldunun “Mançester Yunayted”dəki məvacibi bəlli oldu

Ronaldunun “Mançester Yunayted”dəki məvacibi bəlli oldu
06 Oktyabr 2021 - 22:56

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun İngiltərənin “Mançester Yunayted” klubundakı məvacibi bəlli olub.

ONN media xəbər verir ki, 36 yaşlı hücumçu Mançester təmsilçisində illik 25 milyon funt sterlinq qazanır.

Bu, ölkənin digər 3 klubu olan “Norviç”, “Lids” və “Brentford”un ayrı-ayrılıqda oyunçularına ödədiyi illik vəsaitdən daha çoxdur. Bu komandalarda futbolçuların illik maaşı müvafiq olaraq, 24,2 milyon funt, 17,9 milyon funt və 12,8 milyon funt təşkil edir.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında futbolçulara ən çox məvacib (226,6 milyon funt) ödəyən klubdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png