Rusiya Ukrayanın formasına görə UEFA-ya etiraz etdi

Rusiya Futbol Federasiyası Ukrayna yığmasının AÇ-2020-də geyinəcəyi formalara görə UEFA-ya etiraz məktubu göndərib.

ONN media xəbər verir ki, RFF-nin bu addımı atmasına səbəb ukraynalıların formasının üzərində “Slava Ukraine” (Yaşasın Ukrayna), “Qeroyam Slava” (Yaşasın qəhrəmanlar) sözlərinin yazılmasıdır. 

Bundan başqa rusların etirazına digər səbəb formadakı xəritədə Krımın Ukraynanın tərkib hissəsi kimi göstərilməsidir. 

UEFA isə federasiyanın bu etirazını qəbul etməyib və bildirib ki, hər şey qaydalar çərçivəsindədir. Çünki BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. 

Lakin qitə futbol qurumu “Qeroyam slava” sözlərinin formadan silinməli olduğunu, bunun siyasi məna daşıdığını da Ukrayna Futbol Federasiyasının diqqətinə çatdırıb.