ONN İnformasiya Agentliyi

“Səbail” “Qəbələ”ni məğlub etdi

“Səbail” “Qəbələ”ni məğlub etdi
03 May 2021 - 23:10

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

ONN media xəbər verir ki, “ASCO Arena”da “Səbail” “Qəbələ”ni qəbul edib.

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüşün ilk yarısı qolsuz tamamlanıb. 52-ci dəqiqədə “Qəbələ”nin legioneri Merab Giqauri ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. “Səbail” say üstünlüyündən 10 dəqiqə sonra yararlanmağı bacarıb. Amil Yunanov keçmiş komandasını məyus edərək, paytaxt təmsilçisinə qələbə qazandırıb – 1:0.

Bununla da xalını 24-ə çatdıran “Səbail” “Qəbələ”yə çatıb. Hazırda əyalət və paytaxt komandaları 5-6-cı yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun açılış oyununda “Neftçi” səfərdə “Keşlə”ni darmadağın edib – 3:0. Tura mayın 4-də “Qarabağ” – “Keşlə” və “Sumqayıt” – “Sabah” görüşləri ilə yekun vurulacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png