ONN İnformasiya Agentliyi

Şəhriyar Məmmədyarov: “Liderlər arasında olmaq çox maraqlıdır”

Şəhriyar Məmmədyarov: “Liderlər arasında olmaq çox maraqlıdır”
20 Yanvar 2018 - 19:45

"İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir".

ONN media "Report"a istinadən xəbər verir ki, bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib. VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib. O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib: "Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərdə də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəyəm".

Qeyd edək ki, bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png