ONN İnformasiya Agentliyi

“Sabah” “Qəbələ”ni bu hesabla məğlub etdi

“Sabah” “Qəbələ”ni bu hesabla məğlub etdi
13 Sentyabr 2020 - 21:49

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

ONN media  xəbər verir ki,  son oyun günündə “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qol 17-ci dəqiqədə vurulub. “Sabah”ın heyətində Coşqun Diniyev uzaq məsafədən topu qapıdan keçirib. Cəmi 10 dəqiqə sonra müdafiəçi Bəhlul Mustafazadə künc zərbəsi zamanı rəqib qapısı qarşısında qarışıqlıqdan istifadə edərək fərqi artırıb.

Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə “Sabah” daha bir dəfə qonaqları cəzalandırıb. “Qəbələ”nin kapitanı Asif Məmmədovun kobud səhvindən sonra qapıçını da keçən Ramil Şeydayev topu tora göndərib. 77-ci dəqiqədə “Sabah” meydanda azlıqda qalıb. Slavik Alxasov qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra ilk xallarını qazanan “Sabah” 4-cü pilləyə yüksəlib. 1 xalı olan “Qəbələ” isə 7-ci sıraya geriləyib.

Qeyd edək ki, turun digər matçlarında “Sumqayıt” “Neftçi”ni 2:0, “Zirə” “Səbail”i 2:1 hesabı ilə məğlub edib. “Qarabağ” isə “Keşlə” ilə oyunda qolsuz bərabərliyə razı olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png