ONN İnformasiya Agentliyi

Sağlam iradə və düşüncənin əsasını sağlam həyat təşkil edir

Sağlam iradə və düşüncənin əsasını sağlam həyat təşkil edir
02 Oktyabr 2018 - 16:03

    Həyatımızın gözəlliyi canımızın sağlamlığı ilə qırılmaz sürətdə bağlıdır. Sağlam iradə, düşüncə və fəaliyyətin əsasını sağlam həyat təşkil edir. Məhz buna görədir ki, ulu babalarımız sağlamlığı dünyanın ən qiymətli sərvəti hesab ediblər və bununla bağlı çoxlu atalar sözü yaradıblar. Sağlam yaşamaq üçün düzgün qidalanmaq nə qədər əhəmiyyətlidirsə, fiziki hərəkətdə bir o qədər mühüm hadisədir. Bunu hər zaman nəzərə alan Azərbaycan Dövləti əhalinin sağlamlığı üçün idman komplekslərinin tikintisini həyata keçirir. İdman hər birimizin gələcəyinin xoş təminatçısına çevrildiyi üçün hazırda regionlarda da əhalinin fiziki idmana cəlb edilməsi istiqamətində əvəzsiz işlər görülür. Əlbəttə ki, bu sahədə çalışan peşəkar idmançılarımızı unutmaq olmaz.

     Ölkəmizdə olduqca peşəkar idmançılar mövcuddur və gənc nəslin sağlam böyüməsi üçün əllərində mövcud olan bütün potensiallarını səfərbər edirlər. Onların ağır əməklərinin sayəsində idmançılarımız dünya yarışlarında davamlı olaraq uğurlar əldə edirlər. Qürurla deyə bilər ki, artıq ölkəmizi dünyada bir idman ölkəsi kimi tanıyırlar. Bu idmançıları nə qədər sevindirirsə xalqımızı da bir o qədər sevindirir.

    Peşəkar idmançılar arasında qadınlarımızda fərqlənirlər. Bu sırada olan idmançı xanımlarımızdan biri də Əhmədova Dilarə Qurban qızıdır. Dilarə xanım 1965-ci ildə Qax rayonu Tasmalı kəndində anadan olub. 1972-1982-ci illərdə Tasmalı kənd orta məktəbində təhsil alıb. 1984-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirib və 1984-cü ildə təyinatla Zaqatala şəhərində “Məhsul” KKİC-də yüngül atletika üzrə məşqçi müəllim işləyib. l978, 1980, 1982, 1986-cı illərdə Gənc qızlar arasında 4 dəfə Azərbaycan çempionu olub.

     Hər zaman idman insanlarının çəkdiyi əziyyətlər qiymətləndirilməli və cəmiyyət arasında bu cür insanlar təbliğ olunmalıdır. Axı, idman hər bir insan üçün vacibdir. İdmançılarımıza qayğı isə hər gün artmaqda davam edir. Belə ki, onlara dövlət qayğısı günü-gündən yüksələn istiqamət üzrə davam etməkdədir. Öz növbəsində də idmançılarımız dünya çempionlarında ölkəmizi layiqincə təmsil edirlər.

    Bir idmançı xanım kimi Dilarə xanımında bu sahədə fəaliyyəti təqdirəlayiq addımdır. Ömrünün əksər hissəsini idmana həsr edən bu xanımın fədakarlığı unudulmazdır. Axı, Dilarə xanım bir çox idmançıların yetişməsində, gənc nəslin sağlam böyüməsində əvəzsiz xidmətləri var. Dilarə xanımın bir idmançı kimi fəaliyyəti ilə yaxından tanış olduqda əsl peşəkar idmançı ilə qarşılaşdığımızı hiss edirik. Bu cür xanımların fəaliyyəti hər zaman qiymətləndirilməlidir. Çünki idmançıya verilən qiymət onun sənətinə verilən qiymət kimi dəyərləndirmək olar.

Mahmud Əyyublu ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png