ONN İnformasiya Agentliyi

Şehiçinin Türkiyədəki maaşı nə qədər olacaq?

Şehiçinin Türkiyədəki maaşı nə qədər olacaq?
11 İyun 2018 - 12:45

Mövsümün sonunda “Qarabağ”dan ayrılan qapıçı İbrahim Şehiçin Türkiyənin “Ərzurumspor” klubu ilə anlaşmasının detalları məlum olub.

ONN media xəbər verir ki, Bosniya və herseqovinalı qolkiper yenicə Superliqaya vəsiqə qazanmış komanda ilə iki illik müqavilənin şərtlərini razılaşdırıb.

İddiaya görə, 29 yaşlı qapıçı sabah İstanbula gedərək, rəsmi sözləşməyə imza atacaq.

Türkiyə mətbuatı Şehiçin “Ərzurumspor”da qazanacağı məbləği də açıqlayıb. Təcrübəli qolkiperin yeni klubundan illik 550 min avro alacağı bildirilib.

Qeyd edək ki, 2013-cü ildən 2018-dək “Qarabağ”ın şərəfini qoruyan İbrahim Şehiç Ağdam klubundan əvvəl Türkiyədə “Mersin idman Yurdu” klubunun formasını geyinib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png