ONN İnformasiya Agentliyi

Şeydayevlə “Dinamo” barışdı

Şeydayevlə “Dinamo” barışdı
18 Aprel 2020 - 1:43

Bu gün Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatasının iclası keçirilib.

ONN media xəbər verir ki, iclasda qış fasiləsində Moskva “Dinamo”sundan ayrılan millimizin və “Sabah”ın üzvü Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişi təsdiqlənib.

Paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağanın aradan qalxdığı bildirilib.

Xatırladaq ki, 2019-cu ilin yayında “Krılya Sovetov”dan azad agent qismində “Dinamo”ya keçən 24 yaşlı hücumçunun müqaviləsi bu ilin yanvarında Moskva klubu tərəfindən pozulmuşdu. RFS-in Mübahisələrin Həlli Palatası “Dinamo”nu Şeydayev ilə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları etdiyi üçün cəzalandırmışdı.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png