ONN İnformasiya Agentliyi

Son 10 ilin ən yaxşı baş məşqçisi kimdir? – AÇIQLANDI

Son 10 ilin ən yaxşı baş məşqçisi kimdir? – AÇIQLANDI
12 Yanvar 2021 - 10:41

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin ən yaxşı baş məşqçisini açıqlayıb.

ONN media  xəbər verir ki, bu ada İspaniyanın “Atletiko” (Madrid) komandasına rəhbərlik edən Dieqo Simeone layiq görülüb.

Səsvermə İFFHS-in 2011 – 2020-ci illərdəki illik reytinq nəticələrinə əsasən aparılıb. 51 yaşlı argentinalı mütəxəssis 152 xalla bütün rəqiblərini geridə qoyub.

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola 144 xalla ikinci, “Liverpul”da işləyən Yurgen Klopp isə 105 xalla üçüncü olub.

Qeyd edək ki, Dieoqo Simeone 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir. O, Madrid təmsilçisi ilə La Liqanı, ölkə kubokunu və superkobokunu, iki dəfə Avropa Liqasını, UEFA Super Kubokunu qazanıb. “Atletiko” bu müddət ərzinə iki dəfə Çempionlar Liqasının finalına yüksəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png