SON DƏQİQƏ: Çempionlar Liqasının finali 2023-cü ildə İstanbulda oynanılacaq

Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

ONN media xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Bildirilib ki, federasiya Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqası 2021-22 və 2022-23 mövsümünün qrup püşkatmalarının da İstanbulda keçiriləcəyini elan edib.

Növbəti 4 ildə Çempionlar liqası finalına ev sahibliyi edəcək ölkələr və şəhərlər:

• 2022: Sankt-Peterburq / Rusiya
• 2023: İstanbul / Türkiyə
• 2024: London / İngiltərə
• 2025: Münhen / Almaniya

Xatırladaq ki, 2020/21 mövsümünün final qarşılaşması İstanbulda keçirilməli idi. Lakin Türkiyə koronavirusa yoluxma hallarının artması səbəbilə final matçı Portuda keçirilmişdi.