SON DƏQİQƏ: Sabiq baş məşqçisi XƏSTƏXANAYA APARILDI

2013/14 mövsümündə “Xəzər Lənkəran”da işləmiş, hazırda “Kasımpaşa”nı çalışdıran Mustafa Dənizli xəstəxanaya düşüb.

ONN media xəbər verir ki, Superliqanın 24-cü turunun son oyununda “Trabzonspor”la qarşılaşmanın fasiləsində təzyiqi düşən təcrübəli mütəxəssis xəstəxanaya aprılıb. Bu səbəbdən ikinci hissədə texniki zonada olmayan Dənizlinin evinin yaxınlığındakı özəl xəstəxanalardan birində müayinə olunduğu bildirilir.

Daha sonra baş məşqçinin sağlamlığında problem olmadığı açıqlanıb.

Qeyd edək ki, 24-cü turun “Kasmpaşa – “Trabzonspor” matçı 2:2 hesabı ilə başa çatıb.