ONN İnformasiya Agentliyi

“Sumqayıt” cari ildə ilk qələbəsini qazandı

“Sumqayıt” cari ildə ilk qələbəsini qazandı
09 May 2022 - 20:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun daha bir oyunu keçirilib.

Sumqayıtın eyniadlı komandası evdə “Şamaxı”nı qəbul edib. “Kapital Bank Arena”dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Bu, “Sumqayıt”ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib.

Qələbədən sonra xallarını 18-ə çatdıran “Sumqayıt” 7-ci pillədəki mövqeyini qoruyub. “Şamaxı” isə 21 xalla 6-cı sırada yer alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png