ONN İnformasiya Agentliyi

Taekvandoçularımız Ukraynadan 10 medalla qayıdır

Taekvandoçularımız Ukraynadan 10 medalla qayıdır
19 Mart 2018 - 14:06

Xarkov şəhərində taekvondo üzrə "Ukraine Open" beynəlxalq turnirinə yekun vurulub.

ONN media xəbər verir ki, Azərbaycan millisi yarışın son günü də uğurlu çıxışı ilə yadda qalıb.

Belə ki, taekvondoçularımızdan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) turniri qızıl medalla başa vurub. Olimpiya çempionumuz Radik İsayev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov (87 kq), Rufina Əlizadə (53 kq) və Elvarə Cəlilova (+73 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, turnirin ilk günü Qaşım Maqomedov (58 kq) yarışın qalibi, Məcid Sofiyev (54 kq) və Şəms Həsənova (62 kq) isə bürünc medala sahib olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png