Tanınmış futbolçudan türk ordusuna dəstək

İtaliyanın “Yuventus” komandasının ulduz futbolçusu Paulo Dibala Türkiyə ordusunun Suriyada apardığı əməliyyata dəstək olub.

ONN media xəbər verir ki, Çempionlar Liqasının V turu çərçivəsində “Atletiko” ilə keçirilən matçda Dibala hesabı açdıqdan sonra ehtiyatda oturan türkiyəli komanda yoldaşı Merih Dəmirala əsgər salamı verib.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd edib.