ONN İnformasiya Agentliyi

Teymur Rəcəbov dünya kubokunun yarımfinalında

Teymur Rəcəbov dünya kubokunun yarımfinalında
24 Sentyabr 2019 - 19:53

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku davam edir.

ONN media xəbər verir ki, bu gün turnirinin 1/4 final mərhələsinin cavab oyunları keçirilib.Bu mərhələdə Azərbaycanın yarışda iştirakı davam edən yeganə şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionqla qarşılaşıb.İlk görüşünü sülhlə başa vuran şahmatçımız cavab oyununda qalib gələrək yarımfinala yüksəlib.Qeyd edək ki, qrossmeysterimizin yarımfinaldakı rəqibi fransalı Maksim Vaşe-Laqrav və Ermənistan təmsilçisi Levon Aronyan duelinin qalibi olacaq. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə başa çatıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png