Teymur Rəcəbovun komandası MƏĞLUB OLDU

Şahmat üzrə Onlayn Millətlər Kubokuna start verilib.

ONN media  xəbər verir ki, təmsilçimiz Teymur Rəcəbovun çıxış etdiyi dünya yığması ilk turda Çin komandası ilə qarşılaşıb.

Görüş asiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı qrossmeyster ilk görüşünü Van Haoya qarşı keçirib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibi ilə sülh bağlayıb.