ONN İnformasiya Agentliyi

Tokio-2020-nin açılış mərasimi başladı

Tokio-2020-nin açılış mərasimi başladı
23 İyul 2021 - 15:41

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

ONN media  xəbər verir ki, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Açılış mərasimini yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli olimpiya komitələrinin 1 000-dək rəsmi şəxsi tribunadan canlı izləyir.

Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.

Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda 5-ci keçəcək. Dövlət bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Qeyd edək ki, avqustun 7-dək davam edəcək Tokio olimpiadasında Azərbaycanın 44 idmançısı qüvvəsini sınayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png