ONN İnformasiya Agentliyi

Tokio-2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq

Tokio-2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq
07 Avqust 2021 - 14:26

Tokio 2020 Yay Olimpiya Oyunlarında azərbaycanlı güləşçi Şərif Şərifov sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində təsəlliverici görüş keçirib.

ONN media xəbər verir ki, güləşçimiz gürcüstanlı rəqibi Elizbar Odikadzeni 7-5 hesabı ilə üstələyib.

Qeyd edək ki, Ş.Şərifov bürünc medal uğrunda matçda kubalı Reyneri Salas Pereslə qarşılaşacaq.

Bu gün eyni zamanda 65 kiloqram çəki dərəcəsində Hacı Əliyev final matçına, qadınlar arasında 50 kiloqram çəki dərəcəsində Mariya Stadnik bürünc medal uğrunda mübarizəyə çıxacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png