ONN İnformasiya Agentliyi

Trampdan iranlı futbolçularla bağlı QADAĞA

Trampdan iranlı futbolçularla bağlı QADAĞA
10 İyun 2018 - 4:40

ABŞ-ın “Nike” şirkəti Dünya Çempionatında iştirak zamanı İran millisini butsilərlə təchiz etməyəcək.

ONN media xəbər verir ki, bu haqda CNBC telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə Donald Trampın administrasiyası yaxın zamanda İrana qarşı yeni sanskiyalar tətbiq etməyə hazırlaşdığından,  İran milli komandasını heç bir halda idman malları ilə təchiz etməməsi ilə bağlı şirkətə şifahi göstəriş daxil olub.

ABŞ-dakı İran icmasının maraqlarını təmsil edən Milli İran-ABŞ Şurası  brendin bu qərarını tənqid atəşinə tutub. “Change.org” platformasında bu məsələ ilə bağlı onlayn petisiyaya başlanılıb. Sənədə artıq yüzlərlə insan qoşulub.

“Nike” rəhbərliyi hələ ki, qadağa məsələsinə münasibət bildirməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png