ONN İnformasiya Agentliyi

Turan Bayramov Avropa çempionu oldu

Turan Bayramov Avropa çempionu oldu
29 İyun 2021 - 22:32

Azərbaycan güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

ONN media  xəbər verir ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz T.Bayramov yarışa Almaniya idmançısı üzərində inamlı qələbə ilə start verib. Təmsilçimiz dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb. Gürcüstan idmançısını da üstələyən T.Bayramov finala yüksəlib.

İyunun 29-da keçirilən həlledici görüşdə Moldova güləşçisinə qalib gələn idmançımız Avropa çempionu olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png