ONN İnformasiya Agentliyi

Türk klubu Ziyeçi Türkiyəyə gətirir

Türk klubu Ziyeçi Türkiyəyə gətirir
02 İyun 2023 - 16:30

“Çelsi”dən ayrılmağa hazırlaşan Hakim Ziyeçin adı “Qalatasaray”la hallanır.

ONN media xəbər verir ki, “Çelsi”yə yeni baş məşqçi təyin olunan Poçettino da futbolçunun komandadan göndərilməsinə razılıq verib.

“Africafootunited”in xəbərinə görə, “Çelsi” mərakeşli ulduz üçün 18 milyon avro tələb edir. Məlumata görə, tərəflər transferin detallarını müzakirə edir. Hakim Ziyeç təklifi rədd etməyib.

Qeyd edək ki, mövsümün fasiləsində “Qalatasaray” Hakim Ziyeçə təklif göndərib. Lakin futbolçu PSJ-ni seçmişdi.

Sənədlər vaxtında təsdiq edilmədiyinə görə, Ziyeçin PSJ-yə keçidi baş tutmamışdı.

“Çelsi” 2025-ci ilə qədər müqaviləsi olan Hakim Ziyeç üçün “Ayaks”a 40 milyon avro ödəyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png