Türkiyə nəhənginə koronavirus ŞOKU

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusunun koronavirusa yoluxduğu müəyyən edilib.

ONN media xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib.

Məlumatda futbolçunun adı açıqlanmayıb. Onunla yanaşı klubun tibb işçisinin də virusa yoluxduğu və hər ikisinin müalicəsinə başlanıldığı qeyd edilib.(axar.az)