ONN İnformasiya Agentliyi

Türkiyə kubokunda növbəti yarımfinalçılar müəyyənləşdi

Türkiyə kubokunda növbəti yarımfinalçılar müəyyənləşdi
08 Fevral 2018 - 8:38

ONN media xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki qarşılaşma baş tutub.

“Kayserispor”un qonağı olan “Akhisar” oyundan 2:2 hesablı bərabərliklə ayrılıb. İlk matçda 3:2 hesablı qələbə qazanmış komanda adını yarımfinala yazdırıb.

Növbəti oyunda “Fənərbaxça” meydana çıxıb. İstanbul təmsilçisi səfərdə 2:1 hesabı ilə qalib gəldiyi aşağı dəstə təmsilçisi “Girəsunspor”u qəbul edib. Bu matçda da eyni hesaba sevinən “sarı-bülbüllər” finalın bir addımlığına yüksəlib.

Qeyd edək ki, Türkiyə Kubokunda son yarımfinalçı bu gün “Qalatasaray” – “Konyaspor” (ilk oyun – 2:2) matçından sonra məlum olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png