ONN İnformasiya Agentliyi

UEFA-dan Qarabağla bağlı paylaşım

UEFA-dan Qarabağla bağlı paylaşım
20 Fevral 2024 - 21:18

UEFA Avropa Liqası “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib.

ONN media xəbər verir ki, paylaşımda “Qarabağ”ın öz meydanında keçirdiyi son 26 oyunda qələbələri vurğulanıb.

“Qarabağ” öz meydanında keçirdiyi UEFA-nın son 26 oyununun yalnız ikisində məğlub olub”, – UEFA Avropa Liqasının paylaşımında qeyd edilir.

Qeyd edək ki, “Qarabağ” fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Braqa”nı qəbul edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png